Müdafiə nazirinin birinci müavini MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Soçidə keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıblar.