Müdafiə Nazirliyi: Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatan və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyasını davam etdirir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi fevralın 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Nazirlik bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]