MURMANSKDA YAŞAYAN AZƏRBAYCANLI UŞAQLAR MƏKTƏBLİLƏRİN YARADICILIQ FESTİVALINDA İŞTİRAK EDİRLƏR
Murmansk, 19 mart (AZƏRTAC). Murmanskda məktəblilərin “Vdoxnoveniye” ənənəvi xarici dillərdə yaradıcılıq festivalı keçirilir. Tədbirdə Murmanskın məktəb, gimnaziya və liseylərini təmsil edən 600-dən çox şagird, o cümlədən bu şimal şəhərində yaşayan azərbaycanlı məktəblilər iştirak edirlər.
Jurnalist Ə.Şükürov xəbər verir ki, festival “Teatr”, “Ədəbi-musiqili kompozisiya”, “Vokal yaradıcılığı”, “Əcnəbi dil və mədəniyyət sahəsində tədqiqat”, “Şeirlərin ədəbi tərcüməsi” nominasiyalarında keçirilir. Builki festivalda dillərin sayı xeyli artmışdır. Ənənəvi ingilis, alman və fransız dillərinə Norveç, fin, Portuqaliya və yapon dilləri də əlavə edilmişdir.
Münsiflər heyətinin tərkibinə təcrübəli dilçilər - Murmanskın ali və orta məktəblərinin xarici dil müəllimləri daxildir. Finlandiyanın Murmanskdakı baş konsulu Pirkko Myakikokkila münsiflər heyətinin fəxri üzvüdür.
Festival martın 20-də böyük konsert proqramı və qaliblərin mükafatlandırılması mərasimi ilə başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]