İQTİSADİYYAT
MÜŞAVİRƏ TƏNQİDİ RUHDA KEÇMİŞDİR
İştirakçılar ümummilli liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxış edənlər 2003-cü ildə rayonun ictimai–siyasi, sosial-iqtisadi və mədəni həyatında qazanılan nailiyyətlərlə yanaşı, nöqsanlar, mövcud problemlər barədə də ətraflı danışmışlar. Bildirilmişdir ki, təhsil, səhiyyə və mədəniyyət ocaqları öz imkanları səviyyəsində işləməmiş, xidmət mədəniyyətini yüksəltmək üçün lazimi tədbirlər görməmişlər. Vətəndaşların yazılı və şifahi müraciətlərində qaldırılan məsələlər yerlərdə həll olunmadığından yuxarı orqanlara müraciətlərin sayı artmışdır. Sərhədboyu kəndlərdə qaçaqmalçılıqla məşğul olanların sayı azalsa da, bu hal davam etməkdədir.
Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilmişdir.