MÜSƏLMAN MƏKTƏBLİLƏRƏ MƏŞĞƏLƏLƏRƏ HİCABDA GƏLMƏYİ QADAĞAN ETMİŞLƏR
Bolqarıstanın cənub-qərbində yerləşən Smolyan şəhərindəki məktəblərdən birinin rəhbərliyi iki müsəlman qıza dərsə hicabda gəlməyi qadağan edərək, buna onunla əsaslanmışdır ki, örpəklər məktəb forması geymək haqqında qaydalara ziddir. Ayrı-Seçkiliklə Mübarizə Komissiyasının fikrincə, məktəb düzgün hərəkət etmişdir, cünki məktəb forması haqqında qaydalar müsəlmanların və ya digər dindarların hüquqlarını pozmur.
Son vaxtlar Bolqarıstanda din azadlığı ilə əlaqədar vəziyyət pisləşmişdir. Milli Parlamentdə təmsil olunan “Həmlə” ifrat millətçi partiyası bu yaxınlarda Sofiyanın Baş məscidi əleyhinə kampaniya keçirmişdir - müəzzinin müsəlmanları namaz qılmağı səsucaldan cihazlar vasitəsilə çağırması radikalların narazılığına səbəb olmuşdur. “Həmlə” nümayiş təşkil etmiş və bundan azacıq sonra müxtəlif şəhərlərdə üç məscid vandalların basqını obyektlərinə çevrilmişdir.
Bolqarıstanın Ali Müftiliyi yaydığı bəyanatda Bolqarıstan cəmiyyətini dini dözülməzlik dalğasını dayandırmağa çağırmışdır. Ayrı-Seçkiliklə Mübarizə Komissiyası qərar çıxardıqdan sonra müftilik bildirmişdir ki, Smolyandan olan iki qızın işini beynəlxalq hüquq müdafiə təşkilatlarına verəcəkdir.