ELM VƏ TƏHSİL
“MÜSƏLMAN NOBEL MÜKAFATI” LAUREATLARI MÜƏYYƏN EDİLMİŞDİR
AZƏRTAC-ın Müstəqil İslam İnformasiya Agentliyindən aldığı xəbərə görə, 2003-cü ilin məlik Feysəl mükafatı laureatlarının adları elan olunmuşdur. Onu çox vaxt “Müsəlman Nobel mükafatı” adlandırırlar.
Ötən il İslam araşdırmaları sahəsində laureat adına Yaqub Al-Bahussayn (Səudiyyə Ərəbistanı), doktor Əhməd Nadvi (Hindistan) layiq görülmüşlər. Ərəb dili və ədəbiyyatı sahəsində mükafatın laureatı professor Məhəmməd Nəsr (Misir) olmuşdur. Tətbiqi elmlər və təbabət sahəsində mükafatları müvafiq surətdə professorlar Samir Zəki (Böyük Britaniya) və professor Ulrix Siqvart (İsveçrə) almışlar.
Mükafatın laureatlarına onların xidmətləri təsvir olunmaqla xəttatların “divani” üslubunda yazdıqları diplom, diametri 7,9 santimetr, çəkisi 200 qram olan xatirə qızıl medalı təqdim ediləcəkdir. Mükafatın pul hissəsi 200 min dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]