Muxtar respublikada 1008 müraciət üzrə 1825 “ASAN İmza” sertifikatı verilib
Naxçıvan, 14 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Naxçıvanda vergi ödəyicilərinə 150 min 219 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dövr ərzində vergi ödəyiciləri ilə 20 görüş keçirilib, 104 sayda ünvanlı xidmət göstərilib. Eyni zamanda 1008 müraciət üzrə 1825 “ASAN İmza” sertifikatı verilib. Həmçinin ilin əvvəlindən Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi tərəfindən ümumilikdə 3820 şəxs qəbul edilib və onlara 5496 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:45]
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər
- 13.10.2026 [20:34]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [19:57]
Məktəbli geyimi, sadəcə bir forma deyil…
- 13.10.2026 [19:45]