Muzey əməkdaşının məruzəsi beynəlxalq topluda yer alıb
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyənin İKSAD təşkilatı tərəfindən keçirilmiş “Qarabağ. Sosial və bəşəri elmlərdə modern araşdırmalar” mövzusunda beynəlxalq konfransın materialları nəşr olunub.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, topluda bu müəssisənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadovun “XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycanda xristianlığın tarixindən: Pavel Florenski nümunəsi” adlı məruzəsinin xülasəsi yer alıb.
Məruzədə Azərbaycanda xristianlıq barədə, həmçinin Qarabağ əsilli, yevlaxlı rus ilahiyyatçı filosofu Pavel Florenskinin həyat və yaradıcılığı haqqında məlumat verilib. P.Florenskinin Azərbaycan və İslam tarixinə, xristian məzhəblərinə baxışından bəhs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:42]
BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]