Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası sürətli inkişafın yeni mərhələsinin astanasında

Naxçıvan Muxtar Respublikası sürətli inkişafın yeni mərhələsinin astanasında

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib

Bakı, 22 dekabr, AZƏRTAC

Son illər dünyada gedən proseslərə, o cümlədən iqtisadi tənəzzül, COVID pandemiyası, ölkələrarası toqquşmalar və digər problemlərə baxmayaraq, Azərbaycan sabit ada kimi öz inkişafının yeni mərhələsində inamla addımlayır. Ölkə iqtisadiyyatında davamlı dinamik inkişaf özünü açıq şəkildə göstərir. Ən qürurverici hal ondan ibarətdir ki, özünün dayanıqlı davamlı inkişafını təmin edən Azərbaycanın bu sürətli tərəqqisindən digər ölkələr də faydalanmaqdadır.

Otuz il işğal altında qalan torpaqlarımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi ölkə qarşısına yeni hədəflər qoyub, yeni üfüqlər açıb. Uzun illərdir torpaq həsrəti ilə yaşayan məcburi köçkünlər Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində nəhayət arzularına qovuşdular. İndi Qarabağımızda, Şərqi Zəngəzurumuzda sürətli bərpa-quruculuq işləri görülür, müasir infrastruktur layihələri həyata keçirilir. Düşmənin viran qoyduğu şəhər və kəndlərimiz müasir layihələr əsasında yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması məhz bu çağırışlardan irəli gəlib, regionların idarəetməsinin yeni və effektiv üsulu kimi artıq özünü təsdiqləməkdədir. Ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasının Vasif Talıbovun Ali Məclisin sədri vəzifəsindən azad olunması ilə bağlı qərarı da muxtar respublika həyatında yeni dövrün əsasının başlanğıcı kimi qəbul olunur. Bu gün dövlətimizin başçısının Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası üzrə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu yaradılıb və səlahiyyətli nümayəndə təyin olunub.

Muxtar respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması heç də o demək deyil ki, Naxçıvanın muxtar respublika statusu ləğv edilməlidir. Əksinə, Prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması Naxçıvanda idarəetmə üsulunun səmərəliliyinin artırılmasına, region iqtisadiyyatının daha da inkişafına, islahatların sürətlə və uğurla həyata keçirilməsinə vəsilə olacaq, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə keçidlə nəticələnəcək. Bu, həmçinin muxtar respublikaya yerli və xarici investorların cəlb edilməsi prosesini aktivləşdirəcək. Bir sözlə, ölkəmizin digər bölgələri kimi, Naxçıvanın da davamlı inkişaf proseslərindən kənarda qalmamasına rəvac verəcək.

Muxtar respublikanın dirçəlişi və inkişaf mərhələsinə qədəm
qoyması dövlətimizin başçısının genişmiqyaslı fəaliyyətinin nəticəsidir

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf konsepsiyasının ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da davamlı və tarazlı inkişafı təmin edib, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb. Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı planları, arzuları var idi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Əminliklə söyləmək olar ki, bu gün Ulu Öndərin bütün arzuları kimi, Naxçıvanla bağlı istəkləri də yerinə yetib. Naxçıvan Muxtar Respublikasının inkişafı, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun qurulması məsələləri daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dövlət başçısı olduğu dövrdə muxtar respublikaya 15 dəfə səfər edib. Dövlətimizin başçısı bu səfərlər çərçivəsində 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisəsinin, istehsal sahəsinin və hərbi təyinatlı obyektin açılışlarında iştirak edib. Naxçıvanda aparılan abadlıq-quruculuq işləri, müasir infrastrukturun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin çəkilişi işləri bilavasitə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilib. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə müxtəlif illərdə sərəncamlar imzalanıb. Xatırladaq ki, təkcə 2012-2018-ci illərdə ayrı-ayrı layihələr istisna olmaqla, muxtar respublikanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Naxçıvan Nazirlər Kabinetinə ümumilikdə 40 milyon manata yaxın vəsait ayrılıb.

Hər bir ölkənin inkişafı onun yollarından başlayır. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla icrasına başlanılan “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları”na uyğun olaraq, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. 2010-cu ildə uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, 2012-ci ildə 34 kilometrlik Naxçıvan-Culfa və 2014-cü ildə isə uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yollarının istifadəyə verilməsi bunun əyani təzahürüdür. Hələ 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb və bunun üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 30 milyon manat ayrılıb. Bu mühüm avtomobil yolu 2021-ci il mayın 10-da məhz Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Bundan əlavə, muxtar respublika əhalisinin daimi elektrik enerjisi, içməli su və suvarma suyu ilə təmin olunması istiqamətində də tədbirlər davam etdirilib. Görülən işlər nəticəsində muxtar respublikada yeni elektrik stansiyaları inşa edilib. Əgər 2003-cü ilin sonuna Naxçıvanda 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, indi bu rəqəm 10-a yaxındır.

Naxçıvanda həyata keçirilən investisiyatutumlu layihələrdən biri də gücü 36 meqavat olan Ordubad Su Elektrik Stansiyasıdır. Stansiyanın tikintisinə indiyədək dövlət büdcəsindən ümumilikdə 15 milyon manat ayrılıb. Eyni zamanda, muxtar respublikada aqrar sahədə aparılan uğurlu islahatların davam etdirilməsinin vacibliyi nəzərə alınaraq pivot layihə çərçivəsində min hektar əkin sahəsində müasir suvarma - yağışyağdırma sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait ayrılıb.

Dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına qayğısını əks etdirən daha bir fakt dövlət büdcəsindən hər il muxtar respublikaya dotasiyanın ayrılmasıdır. Qeyd etmək yerinə düşər ki, gələn il üçün muxtar respublikaya ayrılacaq dotasiya builki ilə müqayisədə bir qədər də artırılaraq 482,4 milyon manat nəzərdə tutulub.

Beləliklə, Dövlət proqramlarının uğurlu icrası Naxçıvanda bütün sahələrin inkişafına təkan verib. Belə ki, 2003-cü ildən ötən dövrdə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 16, sənaye məhsulunun həcmi 56 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi isə 7,5 dəfə artıb. Görülən işlər, həyata keçirilən layihələr və açılan yeni müəssisələr muxtar respublikada əhalinin məşğulluğunun təmin olunmasında da müsbət təsir göstərib. Belə ki, qeyd olunan dövr ərzində muxtar respublikada 78 min 500-dən çox yeni iş yeri açılıb.

Bütün bunlar onu göstərir ki, Naxçıvan Muxtar Respublikasının inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması bilavasitə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının Naxçıvanda istifadəyə verilən bütün mühüm yeni obyektlərin - yolların, turizm obyektlərinin, təhsil, səhiyyə və digər sosialyönümlü müəssisələrin açılışlarında şəxsən iştirakı bunu deməyə əsas verir.

Lakin bəzi insanların dövlətimizin başçısının diqqət və qayğısı, bəzi hallarda bilavasitə rəhbərliyi ilə muxtar respublikada həyata keçirdiyi işləri öz adına çıxarmağa çalışması, bu işlərdən nüfuzlarını artırmaq naminə istifadə etməsi böyük təəssüf doğurur. Bütün bunlar qəbuledilməz olmaqla yanaşı, həm də dərin ikrah hissi doğurmaqdadır.

Korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirləri diqqət mərkəzində saxlanılır

Ümumiyyətlə, geniş kontekstdən baxanda, ölkəmizdə həyata keçirilən islahatlar uğurlu inkişafa mane olan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də Azərbaycan dövləti tərəfindən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır. Bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Dünyada bir çox dövlətlərin daxili probleminə çevrilən bu bəlaya qarşı Azərbaycanda da ciddi tədbirlər görülür, sərt qərarlar qəbul edilir. Prezident İlham Əliyev də çıxışlarında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha sərt tədbirlərin görüləcəyini, heç kimə güzəşt olunmayacağını bəyan edir, bundan sonra da bu sahədə ciddi mübarizə aparılacağını bildirir.

Naxçıvan Muxtar Respublikası üzrə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması, səlahiyyətli nümayəndə təyin olunması, eyni zamanda, hazırkı dövrədək muxtar respublikada müşahidə olunan korrupsiya, rüşvətxorluq, qeyri-şəffaflıq və digər neqativ halların aradan qaldırılmasında da mühüm rol oynayacaq, Naxçıvanın sürətli və hərtərəfli inkişafını təmin edəcək.

Beləliklə, Naxçıvan Muxtar Respublikası inkişafının yeni mərhələsinin astanasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək dövrünü yaşayan müstəqil Azərbaycanın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasının da daha sürətli tərəqqisi üçün yeni imkanlar yaranmaqdadır. Artıq start götürən əsaslı islahatlar prosesi muxtar respublikanın daha sürətli inkişafını, bu qədim diyarda sosial-iqtisadi həyatın canlanmasını və vətəndaşların rifah halının yüksəlməsini qısa müddətdə təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb