Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb
Naxçıvan, 22 mart, AZƏRTAC
Naxçıvan şəhərində su xəttində qəza vəziyyəti yaranıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”ndən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəllələrini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilələr yaranıb.
Xətdə bərpa işlərinin gün ərzində yekunlaşdırılması və içməli suyun verilişinin bərpası nəzərdə tutulub. Hazırda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin əməkdaşları ərazidə qazıntı işləri həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
- 28.09.2026 [20:02]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [18:45]
Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO
- 28.09.2026 [18:31]
MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb
- 28.09.2026 [16:56]