Naxçıvanda 8 tona yaxın çətənə kolu məhv edilib
Naxçıvan, 4 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində tədbirlər həyata keçirir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, keçirilən tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonları ərazisindən yabanı halda bitən, ümumi çəkisi 7,628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Həmin çətənə kolları yandırılaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:45]
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər
- 13.10.2026 [20:34]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [19:57]
Məktəbli geyimi, sadəcə bir forma deyil…
- 13.10.2026 [19:45]