NAXÇIVANDA ƏLİLLƏR VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN YENİ YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Muxtar Respublikanın (MR) əmək və əhalinin sosial müdafiəsi naziri Azər Ələkbərov bu münasibətlə keçirilən mərasimdə Naxçıvanda ailələrin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən danışmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxışında müstəqillik dövründə ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişafdan söhbət açmış, yeni mənzillərin sahiblərini təbrik etmişdir.