Naxçıvanda geri qaytarılan ƏDV məbləği 1 milyon manatı ötüb
Naxçıvan, 18 mart, AZƏRTAC
Cari ilin martın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının sayı 3136 ədədə çatıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin 2 ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 58,7 milyon manatdan artıq olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 milyon manat və ya 3,8 dəfə çoxdur. Həmçinin bu il martın 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 70 min, təkcə fevral ayında isə 81,9 min manat ƏDV məbləği geri qaytarılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə fevral ayında istehlakçılara qaytarılan məbləğ 2,4 dəfə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:07]
Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [16:34]
Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub
- 14.10.2026 [15:32]