Naxçıvanda qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə artıb
Bakı, 10 avqust, AZƏRTAC
2023-cü il avqust ayının 1-nə Naxçıvan Muxtar Respublikasında 3540 yeni vergiödəyicisi qeydiyyata alınıb. Bunların 89,4 faizi fiziki, 10,6 faizi isə hüquqi şəxslər olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.
Yanvar-iyul aylarında kommersiya qurumlarının 60,5 faizi elektron qaydada, 39,5 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
- 28.09.2026 [20:02]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [18:45]
Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO
- 28.09.2026 [18:31]
MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb
- 28.09.2026 [16:56]