Naxçıvanda vergi daxilolmaları 3,9 faiz artıb
Naxçıvan, 11 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 34,8 milyon manata yaxın vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 faiz və ya 1,3 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 25,5 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 3,7 milyon manat və ya 16,9 faiz artıb.
Ödənilən vergilərin 73,4 faizi qeyri-dövlət sektorunun, 26,6 faizi isə dövlət sektorunun payına düşüb. Bundan başqa, 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 676,8 min manata yaxın olub.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [18:50]
Naxçıvan şəhərində binaların istilik təchizatıına noyabrın 1-də başlanılacaq
- 30.10.2026 [17:14]
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
- 30.10.2026 [16:08]
Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib
- 30.10.2026 [15:54]
Ağdam Cənubi Qafqazın ekoloji mərkəzinə çevriləcək
- 30.10.2026 [15:31]