Nazir Pavel Klimkin: Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyədədir
İvano-Frankovsk, 6 may, AZƏRTAC
Ukrayna və Azərbaycan xalqları bir-birilərini çox gözəl anlayırlar. Azərbaycanlılar Ukraynada, ukraynalılar isə Azərbaycanda özlərini evlərindəki kimi hiss edir. Bu, əsas amildir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib.
Nazir qeyd edib ki, Ukrayna və Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Qarşılıqlı investisiya qoyuluşu artmaqdadır.
“Mən çox şadam ki, Azərbaycanla Ukrayna arasında dostluq və qardaşlıq münasibətləri inkişaf edir. Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. Bu, bizi sevindirir”, - deyə Pavel Klimkin əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İvano-Frankovsk