NBA: “Denver Naqqets” doğma meydanda qalib gələrək seriyanı bərabərləşdirib
Bakı, 16 may, AZƏRTAC
Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Denver Naqqets” evdə “Oklahoma-Siti Tander”ə 119:107 hesabı ilə qalib gələrək seriyanı bərabərləşdirib – 3:3.
Qalib komandanın ən yaxşı oyunçusu Nikola Jokiç olub. Serbiyalı basketbolçu 29 xal və 14 ribaundla dubl-dabl edib. Camal Murrey 25 xal, Kristian Braun 23 xal və 11 ribaundla yadda qalıb.
Qonaqların heyətində kanadalı müdafiəçi Şay Gilqeus-Aleksandr 32 xalla fərqlənib. Çet Holmqren 19, Luqents Dort, Aleks Karuso və Keson Uolles hərəyə 10 xal toplayıb.
Xatırladaq ki, komandalar arasında seriyanın final görüşü mayın 18-də “Oklahoma-Siti Tander”in doğma arenasında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]