NBA: Doğma meydanda liderə uduzan “Finiks Sanz”ın uğursuz seriyası davam edir
Bakı, 10 aprel, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən gecə daha 10 qarşılaşma təşkil olunub.
“Finiks Sanz” öz meydanında “Oklahoma-Siti Tander”ə 112:125 hesabı ilə uduzub. Bu, ev sahiblərinin müntəzəm mövsümdə ardıcıl səkkizinci məğlubiyyəti olub.
Qalib komandanın bombardiri adına 33 xalla Ceylen Uilyams sahib çıxıb. Çet Holmqren 22 xal və 10 ribaundla dabl-dabl edib. Aleks Karuso 19, Aaron Viqqins 17 xal toplayıb. Finiks təmsilçisinin ən məhsuldar oyunçusu isə 25 xalla Bredli Bil olub. Devin Buker 20, Collin Gillespie 17 xalla yadda qalıb. Bu nəticədən sonra “Oklahoma-Siti Tander” Qərb Konfransının turnir cədvəlində liderliyini davam etdirir. “Finiks Sanz” isə 12-ci pillədə qərarlaşıb.
Matçların nəticələri:
“Orlando Mecik” - "Boston Seltiks" – 96:76
“Dallas” - “Los-Anceles Leykers” – 97:112
"Çikaqo Bulls" - “Mayami Hit” – 119:111
“Sakramento” - "Denver Naqqets" – 116:124
“Finiks Sanz” - “Oklahoma-Siti Tander” – 112:125
“Vaşinqton Vizard” - “Filadelfiya” – 103:122
“Toronto Reptors” - “Şarlot Hornets” – 126:96
“Yuta Caz” - "Portland Treil Blazers" – 133:126
"Qolden Steyt Uorriors" - "San Antonio Spörs" – 111:114
“Los-Anceles Klippers” - “Hyuston Rokets” – 134:117.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]