“NEFTÇİ” DOĞMA MEYDANDA VACİB XALLAR İTİRDİ
Bakı, 2 mart (AZƏRTAC). Bakının “Neftçi” klubu futbol üzrə Azərbaycan Premyer Liqasının son turunda vacib xallar itirmişdir. Bakılıların doğma meydanda “Qəbələ” ilə keçirdikləri görüşdə qapılara qol vurulmamışdır. Hazırda “Neftçi” 17 xalla 10- cu pillədə qərarlaşmışdır.
Turun son görüşlərində aşağıdakı nəticələr qeydə alınmışdır: MOİK - “Simurq” 2 : 4, “Xəzər-Lənkəran” - “Bakılı” - 5 : 0, “Muğan” - “Turan” 2 : 1.
Bir gün əvvəl keçirilmiş oyunlar isə belə nəticələnmişdir: “İnter” - “Bakı” - 0 : 1, “Karvan” - “Olimpik” - 0 : 1, “Qarabağ” - “Standard” - 0 : 1.
Bu turdan sonra “Bakı” turnir cədvəlində 38 xalla liderliyi yenidən ələ keçirmişdir. “İnter”in 37 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]