NEFTÇİLƏR GÜNÜ BU İL XÜSUSİ TƏNTƏNƏ İLƏ QEYD EDİLƏCƏK
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, bu il Neftçilər gününü yüksək səviyyədə qeyd etmək üçün geniş tədbirlər planı hazırlanır. Bu məqsədlə xüsusi işçi qrupu yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı kimi tarixi hadisə ilə əlaqədar şirkətin bütün qurumlarında Neftçilər günü təntənə ilə keçiriləcəkdir.
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də “Azəri-Çıraq-Günəşli” yataqları blokunun işlənilməsinə dair imzalanmış “Əsrin müqaviləsi” layihəsi uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyev sonralar sentyabrın 20-ni Neftçilər günü elan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]