NEFTÇİLƏR GÜNÜ BU İL XÜSUSİ TƏNTƏNƏ İLƏ QEYD EDİLƏCƏKDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bu il Neftçilər gününü yüksək səviyyədə qeyd etmək üçün geniş tədbirlər planı hazırlanır. Bu məqsədlə xüsusi işçi qrupu yaradılmışdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı kimi tarixi hadisə ilə əlaqədar şirkətin bütün qurumlarında Neftçilər günü təntənə ilə keçiriləcəkdir.
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də “Azəri-Çıraq-Günəşli” yataqları blokunun işlənilməsinə dair imzalanmış “Əsrin müqaviləsi” layihəsi uğurla həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyev “Əsrin müqaviləsi” şərəfinə sentyabrın 20-ni Neftçilər günü elan etmişdir.