Nicat Abasovun "Masters" turnirində ilk qarşılaşması heç-heçə ilə başa çatıb
Bakı, 14 iyun, AZƏRTAC
Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının - "Masters" turnirinin birinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, şahmatçımızın birinci turda niderlandlı Jorden Van Forestlə qarşılaşması heç-heçə ilə başa çatıb.
Turnirin digər oyunlarında polşalı Yan-Kşıştof Duda Çexiya təmsilçisi David Navaraya qalib gəlib, onun həmyerlisi Radoslav Voytaşek isə digər çexiyalı şahmatçı Tay Dan Van Nquyen ilə heç-heçə edib. ABŞ təmsilçisi Sem Şenkland isveçli Nils Qrandelius qarşılaşması da bərabərlik şəraitində başa çatıb.
Turnir 7 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]