Niderlandda 1900-cü ildən bəri ilk dəfə ölüm halları doğum sayını üstələyib
Bakı, 5 yanvar, AZƏRTAC
Niderlandda 1900-cü ildən bəri ilk dəfə ölüm halları doğum nisbətini üstələyib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə Niderlandda 168 min uşaq doğulub, 169 min nəfər isə dünyasını dəyişib. Oxşar vəziyyət yalnız 1900-cü ildə qeydə alınıb.
Bu vəziyyətin səbəblərindən birinin koronavirusla bağlı ola bilməsi ehtimal edilə bilər, lakin ekspertlər hər şeydə pandemiyanı günahlandırmamağa çağırırlar.
Statistika idarəsi, həmçinin qeyd edib ki, Niderlandın əhalisi isə müvafiq olaraq artmaqda davam edir, bunun səbəbi miqrasiyadır. Hazırda ölkədə 17,8 milyon insan yaşayır. 2022-ci ildə ölkə əhalisi 227 min nəfər artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]