Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin yetirməsi beynəlxalq müsabiqənin laureatı olub
Bakı, 31 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Moskvada keçirilən “Grand Music Art” musiqiçilər arasında VIII beynəlxalq müsabiqədə uğurla təmsil olunub.
İdarədən AZƏRTAC-a bildirilib ki, internet üzərindən baş tutan müsabiqədə məktəbin fortepiano ixtisası üzrə müəllimi İradə Məmmədovanın yetişdirdiyi gənc istedad Cəmilə Feyzullayeva həm müəlliminə, həm də məktəbə qələbə sevinci yaşadıb.
Cəmilə Feyzullayeva beynəlxalq müsabiqədə II dərəcəli laureat adını qazanıb. İradə Məmmədova isə Yüksək peşəkarlığa və müsabiqəyə çıxışına hazırlığa görə beynəlxalq müsabiqənin təşəkkürnaməsinə layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:32]
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq
- 14.10.2026 [12:23]
Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb
- 13.10.2026 [21:40]