NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ BİRİNCİ RESPUBLİKA UŞAQ YARADICILIĞI MÜSABİQƏSİ KEÇİRİLƏCƏK
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, layihənin məqsədi Azərbaycanın bütün ərazisində uşaq və yeniyetmələrin yaradıcılığını təbliğ və inkişaf etdirmək, böyüməkdə olan nəsli təbiətə və təbii ehtiyatlara qayğıkeş münasibət ruhunda tərbiyələndirməkdir.
Müsabiqəyə Bakı, Gəncə, Şəki və Lənkərandan xüsusi uşaq yaradıcılıq qruplarının cəlb olunması planlaşdırılır. Ən yaxşı işlər seçildikdən sonra qaliblərin mükafatlandırılması, böyük sərgi keçirilməsi, kataloq nəşr edilməsi üçün Bakıya göndəriləcəkdir.
Müsabiqədə 14 yaşınadək uşaqlar iştirak edəcəklər. İşlər 2 yaş kateqoriyasına görə (6-10 yaş və 10-14 yaş) qiymətləndiriləcəkdir. Müsabiqə işləri Gəncədə fevralın 25-dək, Şəkidə fevralın 27-dək, Lənkəranda fevralın 28-dək, Bakıda martın 1-dək təqdim olunmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]