Nur-Sultanda keçirilməsi nəzərdə tutulan Ümumdünya Ticarət Təşkilatı nazirlər toplantısı ləğv edilib
Nur-Sultan, 12 mart, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə planlaşdırılan bütün beynəlxalq forumların təxirə salınması barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, Nur-Sultanda bu ilin iyununda keçirilməsi planlaşdırılan Ümumdünya Ticarət Təşkilatı nazirlər toplantısı COVID-19 səbəbiylə ləğv olunub. Konfransın iyunun 8-11-də keçirilməsi nəzərdə tutulmuşdu. Təşkilatın 164 iştirakçısı olan ölkənin ticarət nazirləri, ümumilikdə isə iştirakçıların sayının 4-5 min nəfərdən çox olacağı gözlənilirdi.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]