“Nürburqrinq” yenidən Formula-1 yarışlarına ev sahibliyi etmək istəyir
Bakı, 5 yanvar, AZƏRTAC
Alman “Nürburqrinq” avtodromunun rəhbərliyi dünya çempionatının təşkilatçıları ilə danışıqlar aparıb.
AZƏRTAC motorsport.com saytına istinadla xəbər verir ki, avtodromun meneceri Mirko Markfort F-1 yarışlarının yenidən “Nürburqrinq”də keçirilməsini arzu etdiklərini bildirib. “Biz şad olarıq ki, 2019-cu ildə Formula-1 yenidən “Nürburqrinq”ə qayıtsın. Bu, o halda mümkün olar ki, biz məsələnin iqtisadi tərəfini diqqətə ala bilək”, - deyə Markfort əlavə edib.
O, avtodrom nümayəndələrinin Liberty Media ilə danışıqlar apardığını təsdiq edib. Bu danışıqlar Markroftun çempionatın rəhbəri Çeyz Keri ilə görüşdüyü Əbu-Dabi mövsümünün son yarışları zamanı keçirilib.
“Nürburqrinq”də yarışlar sonuncu dəfə 2013-cü ildə olub. Bu mövsümdə Almaniya Qran-Prisi birillik fasilədən sonra dünya çempionatının təqviminə daxil ediləcək, lakin yarışların bu mərhələsi “Hokkenqhaymrinq” avtodromunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]