NURSULTAN NAZARBAYEV STİVEN MƏNLƏ GÖRÜŞMÜŞDÜR
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada ABŞ Dövlət Departamentinin Xəzərin enerji diplomatiyası üzrə müşaviri Stiven Mən ilə görüşmüşdür.
AZƏRTAC-ın xüsusi müxbiri Almatıdan xəbər verir ki, bu haqda məlumatı Prezidentin mətbuat xidməti yaymışdır. Görüşdə Stiven Mən demişdir: ABŞ Qazaxıstanla əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət verir. Bu görüş bir daha təsdiq edir ki, ABŞ və Qazaxıstan arasında iqtisadi əlaqələr get-gedə möhkəmlənəcəkdir. Bu isə hər iki tərəfin mənafeyinə uyğundur.
Müşavir prezidentə Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması ilə bağlı Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin Almatıda keçirilən görüşü haqqında məlumat vermişdir.
Söhbətdə Qazaxıstanın neft sektorunun inkişafı, çıxarılan neftin Bakı-Tblisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəqli imkanları, energetika sahəsində əməkdaşlıq, bu sahəyə xarici, o cümlədən Amerika sərmayədarlarının cəlb edilməsi və bir sıra digər məsələr müzakirə olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]