Nyu-Yorkda helikopter Hadson çayına düşüb, 6 nəfər ölüb-YENİLƏNİB
Vaşinqton, 11 aprel, AZƏRTAC
Nyu-Yorkda helikopterin Hadson çayına düşməsi nəticəsində ölənlərin sayı 6-ya yüksəlib. AZƏRTAC-ın məlumatına görə, polis təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb. Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub. Hadisənin başvermə səbəbi araşdırılır.
00:30
ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsi yaxınlığında helikopter Hadson çayına düşüb.
AZƏRTAC-ın məlumatına görə, qəzada azı 3 nəfərin öldüyü bildirilir.
“CBS New York” helikopterin göyərtəsində 2 böyük və 3 uşağın olduğunu qeyd edib.
Hazırda polis və xilasetmə qayıqları hadisə yerindədir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]