NYU-YORKU “KATRİNA”DAN DA DƏHŞƏTLİ QASIRĞA GÖZLƏYİR
Onların müşahidələrinə görə, Atlantik okeanının şimal-şərq sahillərində yaranmış iqlim şəraiti 1938-ci ildə bu regionda fəlakətli qasırğaya səbəb olmuş vəziyyətin təkrarıdır. O zaman təbii fəlakət nəticəsində 600 nəfər həlak olmuş, Rod-Aylənd ştatındakı Providens şəhəri dağılmışdı. Qasırğanın mərkəzində küləyin gücü saatda 300 kilometrə, dalğaların hündürlüyü isə 15 metrə çatırdı.
Meteoroloqların fikrincə, ABŞ-ın güclü qasırğanın təsirinə məruz qalmaq təhlükəsi olan şəhərləri sırasında Nyu-York Yeni Orlean və Mayamidən sonra üçüncü yerdədir.
Nyuyorkluların qasırğanın necə böyük miqyas ala biləcəyi barədə heç təsəvvürləri də yoxdur. Lakin müşahidələr və hesablamalar göstərir ki, yaxın beş ildə, bəlkə artıq bu il ölkənin şimal-şərq hissəsi dağıdıcı təbii fəlakətə məruz qalacaqdır.
Nyu-York qanunvericilik məclisinin üzvü Riçard Brodski meteoroloqların proqnozlarından sonra bildirmişdir ki, şəhər təbii fəlakətə hazır deyildir. O, şəhərin evakuasiya planını öyrəndikdən sonra demişdir ki, orada köçürüləcək insanların sayı nəzərə alınmamışdır. Şəhərin nəqliyyat sistemi də etibarlı deyildir.