“Nyukasl”ın futbolçusu sürücülük hüququndan məhrum edilib
Bakı, 26 yanvar, AZƏRTAC
İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Joelinton sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cərimə olunub.
AZƏRTAC “BBC Sport”a istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı futbolçu avtomobili idarə edən zaman sürət həddini aşıb.
Polislər onu saxlayarkən Joelintonun içkili olduğu müəyyənləşib.
Futbolçu 43 min funt sterlinq cərimə olunub. Bununla yanaşı, oyunçunun bir il müddətinə sürücülük vəsiqəsi əlindən alınıb. Buna görə futbolçu daha 2 min funt sterlinq cərimə ödəyəcək.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi bundan əvvəl koronavirusa tətbiq olunan karantin qaydalarını pozduğu üçün 200 funt sterlinq cərimə edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]