ORDUBADLI SAHİBKARLAR 6 MİN TON KARTOF İSTEHSAL ETMİŞLƏR
Muxtar Respublikanın Regional Məsləhət Mərkəzinin rayonun kəndlərində tərəvəzçiliyin bu sahəsi ilə məşğul olan 40 sahibkara kredit verməsi fermerləri daha da ruhlandırmışdır.
Bunun nəticəsidir ki, cari mövsümdə Ordubadın kəndli-fermerləri 535 hektar sahədən 6 min ton kartof yığmışlar. Ötən il isə bu rəqəm 5880 ton olmuşdur.
Kartofbecərənlər gələn il əkin sahəsini artırmağı və məhsuldarlığı daha da yüksəltməyi qərara almışlar.