ÖTƏN AY 5,2 MİN TON ŞƏRTİ YANACAĞA QƏNAƏT OLUNMUŞDUR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulda ölkənin istilik elektrik stansiyalarında bir kilovat-saat elektrik enerjisinin istehsalına 373,36 qram əvəzinə 369,96 qram şərti yanacaq sərf edilmişdir. Bununla da, həmin müddətdə 5,2 min ton şərti yanacağa qənaət olunmuşdur.