Ötən ay bəzi günlərdə temperatur normadan bir qədər yüksək olub
Bakı, 6 sentyabr, AZƏRTAC
Avqust ayı yayın ən isti ayıdır. Bu il də həmin ay gözlənildiyi kimi keçib. Temperatur bəzi günlərdə normadan bir qədər yüksək olub. Ən əsası isə Bakıda qeydə alınmış rekord göstərici yenilənib. Belə ki, avqustun 9-da paytaxtda havanın hərarəti 43° isti təşkil edib. Bundan əvvəl Bakıda ən isti temperatur 2 avqust 2015-ci ildə qeydə alınmış 41° idi. Lakin cari ildə ən isti yay fəslinin yaşandığını demək düzgün deyil.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova, həmçinin bildirib ki, sentyabrın 7-də günortadan başlayaraq 8-i gündüzədək havanın temperaturunun düşəcəyi, yağış yağacağı, bəzi bölgələrə dolu düşəcəyi gözlənilir. Lakin sentyabrın 8-dən etibarən yağıntıların kəsiləcəyi ehtimalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]