Ötən gün ölkə ərazisində qeydə alınan 52 cinayətin üstü açılıb
Bakı, 25 avqust, AZƏRTAС
Avqustun 24-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarılan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]