ÖTƏN İL RUSİYAYA 177 MİNDƏN ÇOX MİQRANT GƏLMİŞDİR
Keçən il Rusiyaya 4600 nəfər Azərbaycan vətəndaşı gəlmişdir. Russtatın beynəlxalq miqrasiya haqqında məlumatına əsasən, inişil Rusiyaya ölkəmizin 2584 vətəndaşı köçmüşdür. Həmin göstərici 2003-cü ildə 4277, 2002-ci ildə 5635, 2001-ci ildə 5587, 2000-ci ildə 14.906 nəfər olmuşdur. Həmvətənlərimiz Rusiyaya daha çox 1997-ci ildə (29.878 nəfər) miqrasiya etmişlər.
Russtatdan onu da bildirmişlər ki, ötən il Rusiyadan 69.798 adam miqrasiya etmişdir ki, bunların da 36109 nəfəri MDB ölkələrinin, 33.689 nəfəri isə başqa ölkələrin payına düşmüşdür. Rusiyadan Azərbaycana ötən il 1274, 2004-cü ildə 1336, 2003-cü ildə 1771, 2002-ci ildə 1704, 2001-ci ildə 2170, 2000-ci ildə 3187 adam gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]