Paracüdoçumuz Şahanə Hacıyeva beynəlxalq Qran-Pri yarışlarının qızıl medalına sahib olub
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan paracüdoçusu Şahanə Hacıyeva Bakıda keçirilən beynəlxalq Qran-Pri yarışlarında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü Ş.Hacıyeva ilk mərhələdən azad olub. Dörddəbir finalda paracüdoçumuz özbəkistanlı Lobar Xürrəmovaya qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı Yuliya Halinskanı məğlub edən idmançımız qızıl medal uğrunda görüşə haqq qazanıb. Çinli Liqinq Liyə ipponla qalib gələn idmançımız beynəlxalq Qran-Pri yarışlarının çempionu adını qazanıb. Bu, Azərbaycan millisinin turnirdə ikinci qızıl medalıdır. İlk medalı yığmamıza Vüqar Şirinli (60 kq) qazandırıb.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Yarışa mayın 14-də yekun vurulacaq. Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]