Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paşinyanın İran səfəri və doğrulmayan ümidlər

Paşinyanın İran səfəri və doğrulmayan ümidlər

Tehran, 2 mart, AZƏRTAC

Ermənistan mətbuatı yenə kursunu dəyişib. Bir vaxt İran ən sərt şəkildə tənqid edilirdi. Bu gün isə tərif ardınca tərif yağdırılır. Erməni “mirzələr” Nikol Paşinyanın İran səfərinin uğurlu olduğunu göstərmək üçün dəridən qabıqdan çıxırlar. Yazırlar ki, Ermənistan prezidentinin İran rəsmiləri ilə görüşündə iki ölkə arasında dəmir yolu və qaz kəmərinin çəkilməsi müzakirə edilib.

Ermənistanın bəzi mətbuat orqanları 2017-ci ildə İran prezidentinin Yerevana səfərini o vaxt elə təqdim edirdi ki, sanki bu ölkənin düşdüyü siyasi və iqtisadi böhranın əsas təqsirkarı İrandır. “News arm”, “Armenia Report” saytları, Tehranda yaşayan erməni əsilli politoloq və bloqqerlər Prezident Həsən Ruhaninin Ermənistana rəsmi səfəri zamanı qondarma soyqırımı abidəsini ziyarət etməməsini tənqid edərək bu səfərin Ermənistan üçün heç bir iqtisadi faydasının olmayacağını diqqətə çatdırırdılar.

Əslində erməni saytları və siyasi müşahidəçiləri haqlı idilər. İran Prezidentinin Ermənistana rəsmi səfəri doğrudan da tərəflər üçün faydasız oldu. Lakin buna görə İran dövlətini və onun Prezidentini günahlandırmaq ən azından siyasi savadsızlıq və naşılıqdır. Axı İran günahkar deyil ki, Ermənistan işğalçılıq siyasəti yürüdərək özünü təcrid olunmuş vəziyyətə salıb.

Bu gün isə mənzərə tam başqadır. Ermənistan mətbuatı İrandan Ermənistana dəmir yolu çəkiləcəyinə tez-tez toxunaraq, guya əməkdaşlığın yüksək səviyyədə olması görüntüsü yaratmağa çalışır. Lakin vəziyyət heç də erməni mətbuatının təqdim etdiyi kimi deyil.

Hələ 2008-ci ildə Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyan bəyan etmişdi ki, “iki ölkə arasında dəmir yolunun inşası bu il başlayacaq” (yəni 2008-ci ildə). Lakin ötən 10 ildə bu istiqamətdə heç bir iş görülmədi və bu, təsadüfi deyil. S.Sarkisyanın bəyanatına cavab olaraq o vaxt Rusiya “Dəmir Yolları” şirkətinin prezidenti olan Vladimir Yakunin bildirdi ki, “İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir”. V.Yakuninin bu məsələyə münasibət bildirməsi təəccüblü deyildi. Ona görə ki, Ermənistanın dəmir yolları Rusiyaya satıldığından bu barədə qərar Yerevanda yox, Moskvada verilə bilər. Digər tərəfdən, Ermənistan Rusiya ilə ümumi sərhədə malik deyil və onun dənizlərə çıxışı yoxdur. Rusiya diqqəti daha səmərəli olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə və onun əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə yönəldib. Çünki bu yol Azərbaycan dəmir yolları vasitəsilə Rusiyaya, oradan isə Avropaya uzanacaq. İndi N.Paşinyanın səfəri Rusiyanı mövqeyindən döndərəcəkmi? Əlbəttə, yox.

İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Yəni, orada sərmayə yatırılacaq sahə qalmayıb. İran tacirlərinin Yerevanda mağaza açmasını isə geniş ticarət əlaqələrinin mövcudluğu kimi qələmə vermək sadəlövhlükdən başqa bir şey deyil. Belə mağazalardan Bakıda yüzlərlədir.

Bu günlərdə “Theiranproject.com” saytı İranın ixrac potensialı haqqında məqalə yayıb. İran Baş Dövlət Gömrük İdarəsinin məlumatına görə, 2018-cı ilin 9 ayı ərzində İrandan məhsul idxal edən ölkələr arasında birinci yerdə İtaliya, ikinci yerdə isə Azərbaycan dayanır. Ölkəmiz həmin müddətdə İrandan 502 milyon 128 min 355 dollar həcmində məhsul alıb. Ermənistan isə Almaniya və İspaniyadan sonra beşinci sıradadır. Bu ölkə İrandan cəmi 160 milyon dollarlıq məhsul idxal edib. Halbuki əvvəlki illərdə İrandan məhsul idxalına görə Ermənistan İtaliyadan sonra ikinci yerdə idi. Bu vəziyyət Ermənistan iqtisadiyyatının dərin böhran içində olduğunu göstərməklə yanaşı, əhalisinin alıcılıq qabiliyyətinin də çox aşağı olduğunu ortaya qoyur.

Səfər çərçivəsində İrandan Ermənistana ikinci qaz kəmərinin çəkilişi məsələsinə toxunulub və qeyd edilib ki, İran Ermənistan üzərindən Gürcüstana qaz ixrac edəcək.

Böyük qaz potensialına malik olan İran Avropaya qaz ixrac etməyi hədəfləyir. ABŞ-ın yeni sanksiyalarına baxmayaraq, Avropa ölkələri İrandan qaz almaqda israrlıdır. Artıq bir sıra Avropa şirkətləri ilə bu barədə danışıqlar aparılıb. Enerji idxalını şaxələndirmək istəyən Avropa Rusiya və Azərbaycanla yanaşı, İran qazının alıcısı qismində çıxış edir. Yerevan bu məqamdan istifadə edərək çalışır ki, İran öz qazını dünya bazarına Ermənistan ərazisindən keçməklə çıxarsın. N.Paşinyan bununla həm iqtisadi, həm də siyasi dividendlər qazanmaq niyyəti güdür. Bəs onun bu planı nə dərəcədə realdır? Sualı cavablandırmaq üçün bəzi paralellər aparmaq lazım gəlir.

Azərbaycan da İran kimi neft ixrac edən ölkədir və ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzaladıqdan sonra karbohidrogen ehtiyatlarının nəqli üçün geniş infrastruktur yaradıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün Azərbaycan neftinin və qazının Avropaya daşınmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, çəkilişi uğurla davam edən TAP qaz kəməri ilə Azərbaycan Avropaya böyük həcmdə qaz ixrac edəcək.

Azərbaycanın bu cür geniş infrastruktura malik olması və son vaxtlar rəsmi Bakı ilə Tehran arasında əlaqələrin yüksələn xətlə inkişafı postsanksiya dövründə iki dost dövlətin daha sıx əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amil ondan ibarətdir ki, Azərbaycan rəsmi Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün öz infrastrukturundan istifadəni təklif edir. Bu təklifi Azərbaycanın energetika naziri Qaz İxrac edən Ölkələrin Forumunun 2015-ci ilin noyabrında Tehranda keçirilən Zirvə görüşündə irəli sürüb. Həmin il Vyanada sanksiyaların aradan qaldırılması istiqamətində danışıqlar aparıldığı zaman İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının TANAP və TAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalını irəli sürmüşdü. Həmin şirkətin rəhbəri Əlirza Kamali isə bəyan etmişdi ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkmək iqtisadi baxımdan ölkəsi üçün sərfəli deyil.

Əgər İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, Ə.Kamalinin haqlı olduğunu görərik. Uzun müddətdən bəri beynəlxalq sanksiyalar altında yaşayan bu ölkənin neft-qaz sahəsinə yeni texnologiyalar və sərmayələr lazımdır. Digər tərəfdən, yeni kəmərin keçəcəyi ehtimal olunan regionlardakı siyasi kataklizmlər və silahlı münaqişələr İranı ciddi düşünməyə vadar edir. Rəsmi Tehranın isə münaqişələrin səngiməsini və neftin qiymətinin nə vaxtsa yüksələcəyini gözləməyə vaxtı yoxdur. Odur ki, onun üçün ən real variant karbohidrogen ehtiyatlarını Avropaya Azərbaycanın yaratdığı infrastrukturla nəql etməsidir. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də bu fikri təsdiqləyərək deyib ki, İran qazının Avropaya TAP kəməri ilə nəqli daha səmərəlidir. Belə olan təqdirdə Ermənistanın siyasi planının real olmadığı özünü tam çılpaqlığı ilə büruzə verir.

Gürcüstana qaz ixracına gəlincə isə qeyd etmək lazımdır ki, Azərbaycandan qaz ixrac etmək rəsmi Tbilisiyə İrandan qaz almaqdan çox ucuz başa gəlir. Digər tərəfdən, Rusiya Ermənistanın qaz bazarını yenə də əlində saxlayır və geri çəkilmək fikrində deyil. Buna görə də N.Paşinyanın qaz arzusu elə arzu olaraq da qalacaq.

Əslində İran ilə Ermənistanın iqtisadi əlaqələrinin zəifliyi obyektiv xarakter daşıyır. Yəni, Tehran bu əlaqələri bilərəkdən zəif səviyyədə saxlamır. Sadəcə olaraq, geniş iqtisadi əməkdaşlıq üçün Ermənistanın potensialı yoxdur. Digər tərəfdən, bu dövlətin müstəqil siyasət apara bilməməsi, əsassız ərazi iddiaları, uydurma soyqırımı məsələsini ortaya atması bütün qonşuları ilə əlaqələrinin inkişafına mane olur.

Azərbaycan-İran iqtisadi əməkdaşlığının genişliyi, intensivliyi və tərəflər üçün səmərəli olması da obyektiv xarakter daşıyır. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan böyük iqtisadi potensiala malikdir.

Bu fərqi N.Paşinyanın İrana səfəri zamanı imzalanan sənədlərdən də aydın görmək olar. Vur-tut iki sənəd imzalanıb ki, onlardan biri İranın Standartlaşdırma və Sənaye Tədqiqatları Mərkəzi, digəri isə İran Azad İqtisadi Zonalarının Ali Şurası ilə Ermənistanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma Memorandumudur. Göründüyü kimi, qaz kəməri və dəmir yolu çəkilməsindən söhbət belə getmir.

Xatırladaq ki, 2017-ci ildə İran prezidenti Həsən Ruhaninin Yerevana səfəri zamanı İran ilə Ermənistan arasında muzeylər və idman sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanmışdı. Dövlətlər arasında imzalanan sənədlər öz-özlüyündə əməkdaşlıq əlaqələrinin səviyyəni əks etdirir.

Sonda İran Prezidentinin 2017-ci ildə Ermənistana səfəri zamanı Yerevanda qondarma soyqırımı abidəsini ziyarət etməməsinə də toxunmaq istərdik. Əvvəla qeyd etmək lazımdır ki, erməni ideoloqları İrana qarşı da ərazi iddiaları irəli sürürlər. Onlar iddia edirlər ki, “böyük Ermənistan”ın cənub sərhədi Urmiya gölünün sahillərindən başlayır. Digər tərəfdən, ötən əsrin əvvəllərində Andranik öz quldur dəstələri ilə Türkiyənin şərq sərhədlərindən İrana soxularaq Urmiya, Səlmas, Xoy, Maku, Mərənd və Culfa şəhərlərində qanlı qırğınlar törədərək yerli müsəlman əhalisini qılıncdan keçirmişdi. Yəqin ki, məhz bu faktları nəzərə alan Prezident Həsən Ruhani qondarma erməni soyqırımı abidəsini ziyarət etmədi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib