PASSİV SİQARETÇƏKMƏ OSTEOPORAZ RİSKİNİ ARTIRIR
Onların apardıqları tədqiqatlarda Çinin kənd yerlərində yaşayan 14 mindən çox qadın və kişi iştirak etmişdir.
Alimlər siqaretçəkmə, bud sümüyünün toxumalarında mineralların sıxlıq göstəriciləri və skelet sümüklərinin sınıqları (onurğa sütununun sınıqları istisna olmaqla) riski arasında asılılığı araşdırmışlar. Onların məlumatına görə, osteoporoz riski siqaretçəkən qadınlarda da, kişilərdə də artır. Üstəlik, qadınlarda təhlükəli xəstəliyin inkişaf riski kişilərdəki analoji göstəricidən xeyli artıq olmuşdur.
Siqaretçəkənlə bir otaqda yaşayan qadınlarda premenopauza dövründə osteoporozla xəstələnmək riski iki dəfə artır. İki və ya daha çox siqaretçəkənə görə passiv siqaretçəkməyə məruz qalan qadınlarda xəstələnmə riski üç dəfə yüksəlir.
Böyük Britaniyada hər üç qadından biri və 12 kişidən biri osteoporozdan əziyyət çəkir. Bu xəstəlik hər il 200 min sınığa səbəb olur. İlkin mərhələdə osteoporozun əlamətləri özünü büruzə vermir, ona görə də xəstələrin əksəriyyəti ondan çox gec xəbər tutur.