PEKİNDƏ 2008-Cİ İL OYUNLARINA BİLETLƏR SATILIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Pekində 2008-ci il Olimpiya oyunlarının yarışlarına yeddi milyondan çox biletin satışına başlanmışdır. Bunu mətbuat konfransında Olimpidanın təşkili üzrə Pekin komitəsinin icraçı vitse-prezidenti Van Vey bildirmişdir. Biletlərin 75 faizi daxili bazarda satılacaq, qalanlarını isə əcnəbi tamaşaçılar əldə edə bilərlər.
Biletlər üç mərhələdə satılacaqdır. Birinci mərhələ aprelin 15-dən sentyabrın sonunadək, ikincisi oktyabrdan dekabr ayınadək davam edəcək, üçüncü mərhələ isə gələn il apreldə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]