Peşəkar Tennis Assosiasiyası qadın tennisçilərin yeni reytinq siyahısını açıqlayıb
Bakı, 12 iyun, AZƏRTAC
Peşəkar Tennis Assosiasiyası (ATP) iyunun 12-də qadın tennisçilərin yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıya 6486 xalla yaponiyalı Naomi Osaka başcılıq edir. “Roland Garros” turnirin qalibi olan avstraliyalı Eşli Barti ATP-nin yeni reytinqində altı pillə irəliləyərək 6350 xalla ikinci yerdə qərarlaşıb. Çexiyalı Karolina Plişkova isə bir pillə geriləyərək 5685 xalla üçüncü yerdə qərarlaşıb.
İlk onluğun digər pillələrində müvafiq olaraq, hollandiyalı Kiki Bertens (5345), çexiyalı Petra Kvitova (4925), almaniyalı Angelik Kerber (4675), ukraynalı Elina Svitolina (3967), rumıniyalı Simona Xalep (3963), amerikalı Sloan Stivens (3682) və Belarus təmsilçisi Arina Sobolenko (3565) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]