Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polkovnik Oqtay Bədəlov: Ermənistanın silahlanmada üstünlüyə malik olmasına dair bəyanatlar əsassızdır

Polkovnik Oqtay Bədəlov: Ermənistanın silahlanmada üstünlüyə malik olmasına dair bəyanatlar əsassızdır

Bakı, 14 yanvar, AZƏRTAC 

Son zamanlar Ermənistanın Rusiyadan aldığı ikiyerli çoxməqsədli Su-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri hesabına guya öz ordularının silahlanmasını gücləndirməsi və Azərbaycan ərazisində demək olar ki, istənilən hədəfə, o cümlədən hava hücumundan müdafiə sistemlərini susdurma qabiliyyətinə malik olması barədə məlumatlar yayılıb.

Uzun müddət Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hava hücumu təhdidlərinə qarşı HHQ-nin qabiliyyətlərinin hesablanması üzrə mütəxəssis, hazırda ehtiyatda olan polkovnik Oqtay Bədəlov Ermənistanın əldə etdiyi silahların ölkəmiz üçün hansı təhlükələri yarada biləcəyini və Azərbaycanın bu təhdidləri zərərsizləşdirmək üçün malik olduğu imkanlar barədə AZƏRTAC-a açıqlama verib.

O.Bədəlovun sözlərinə görə, yüksək manevr imkanına malik Su-30SM təyyarəsi fazalaşdırılmış anten qəfəsli radiolokator, idarəetmə vektorlu mühərrik və ön üfüqi quyruğu ilə təchiz edilib. Təyyarənin əsas xüsusiyyətləri isə sürətin saatda 2121 kilometr, praktiki uçuş tavanının 17, döyüş radiusunun 1500 kilometr, döyüş yükünün 8 ton, eləcə də “hava-hava” və “hava-yer” kimi müasir yüksək dəqiqlikli silahlardan istifadə imkanına malik olmasıdır. İlk uçuşuna 2012-ci ildə başlayan Su-30SM təyyarəsi 2018-ci ildə Rusiya Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib. Bu tip təyyarələr və onların modernləşdirilmiş variantları bu günədək texniki səbəblərdən 15 dəfəyədək qəzaya uğrayıb.

“Bu təyyarələrin döyüş tətbiqinə gəldikdə bildirmək istərdim ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, 2018-ci ilin mayında Xmeymim (Suriya) aerodromundan havaya qalxdıqdan sonra Su-30SM Aralıq dənizi üzərində qəzaya uğrayıb. Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 təyyarəsinin hava döyüşündə Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKI təyyarəsinə döyüş tapşırığını yerinə yetirməsinə imkan verməməsi barədə xarici mediada məlumatlar yayılıb. Xarici mətbuatda dəfələrlə bu tip təyyarələrin texniki çatışmazlığı barədə də xəbərlər yer alıb. O da bildirilir ki, Su-30SM qırıcılarının avionikası, naviqasiya sistemi ilə bağlı hələ də problemlər var və hətta onun AL-31F güc qurğusunun məhdud resursu mövcuddur. Bütün bunlar Su-30SM təyyarəsinin hələ də istismar edilməsi, döyüşdə tətbiq olunması üzrə təcrübə toplamasından xəbər verir və bu təyyarənin bütün üstünlükləri və mənfi cəhətlərini müəyyən etmək üçün kifayət qədər vaxt tələb olunacağına bir işarədir.

Erməni mənbələrinin yazdığına görə, Azərbaycanın HHM sistemlərinə qarşı Su-30SM tərəfindən gələn əsas təhdid təyyarənin 100 kilometrdən 200 kilometrə qədər uzaqlıqdan tətbiq etmək imkanına malik idarəolunan “hava-yer” və radar əleyhinə raketləri (X-29, X-31 və X-58, X-59 sinif raketlər), eləcə də HHM vasitələrinə maneələrin qoyulması və qırıcının yüksək manevr bacarığıdır. Hava hücumundan müdafiə döyüşünün aparılmasında ən mürəkkəb iş düşmənin hava vasitələrinin erkən aşkarlanması, həmçinin hədəfin məhv edilməsi üçün aviasiya və HHM aktiv vasitələrinə hədəfgöstərmənin vaxtında ötürülməsidir. Uçuş-texniki xüsusiyyətlərinə və döyüş tətbiqi prinsiplərinə görə Su-30SM yuxarıda göstərilən idarəolunan raketləri buraxması üçün qırıcı döyüş tətbiqi hündürlüyünü tutmalıdır. Bu hündürlük 5-15 kilometr arasındadır. Məhz bu yüksəklikdə HHM qüvvələri göstərilən qırıcını mütləq aşkar və müşayiət edəcəklər. Bundan əlavə, hərbi əməliyyat teatrının mürəkkəb dağlıq relyefə malik olması Su-30SM qırıcısının aşağı hündürlükdə hədəfə o qədər də yaxınlaşmasına və Azərbaycan HHM sistemləri tərəfindən görünməməsinə imkan vermir”, - deyə hərbi ekspert bildirib.

Polkovnik O.Bədəlov qeyd edib ki, bu gün Azərbaycan müasir dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə və raket əleyhinə müdafiə (RƏM) sistemlərinə malikdir. Mövcud və perspektivdə mümkün təhdid və risklərə əsaslanaraq hava sərhədlərinin və mühüm dövlət obyektlərinin mühafizəsini təmin etmək üçün Azərbaycan HHM sistemlərini daim müasir vasitələrlə zənginləşdirir. Azərbaycan Hərbi Hava Qüvvələri qərargahının keçmiş zabiti kimi əminliklə qeyd edə bilərəm ki, HHM sistemlərimiz hazırda İspaniyanın “Indra” şirkəti tərəfindən istehsal olunan, sutka ərzində istismar edilən və düşmənin bütün mövcud hava hücumu vasitələrinin (aerodinamik və ballistik) aşkarlanmasına, müşahidə altında tutulmasına imkan verən orta və uzaq mənzilli müasir “Lanza” radiolokasiya stansiyaları ilə əlavə olaraq təchiz edilib.

Hava düşməninin yuxarıda göstərilən təhdidlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın HHM qoşunlarında yeni rəqəmsal element bazasına malik, özünütuşlayan aktiv başlıqlı raketlər, eləcə də təyyarə, helikopter, pilotsuz uçuş aparatları (PUA), qanadlı və ballistik raketləri məhv etmək üçün müasir alqoritmlərlə təchiz edilmiş “Favorit”, “İldırım-8” və digər uzaqmənzilli zenit-raket sistemləri döyüş növbəsindədir. Eşelonlaşdırılmış, çoxfunksiyalı hava hücumundan və raketdən müdafiə sisteminə, uzaqmənzilli aviasiya məhvetmə silahlarına və raket qoşunlarına malik Azərbaycan Ordusu düşməni yalnız havada deyil, hətta onların daimi dislokasiya yerlərində də məhv etməyə qadirdir. Məsələn, 2019-cu ildə Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələrinin birgə təlimləri zamanı icra edilən bir ssenariyə əsasən, Türkiyə HHQ-nin F-16 qırıcıları Azərbaycanın HHM-ni aşa bilmədi və şərti olaraq məhv edildi. Yəqin ki, mənimlə razılaşarsınız ki, Su-30SM heç də F-16-dan üstün deyil.

Ermənistanın “Tor-M2KM” zenit-raket kompleksinə (ZRK) sahib olması barədə fikirlərini bildirən O.Bədəlov deyib ki, normativ taktiki sənədlərə əsasən, HHM vasitələri obyekt, qoşun və gəmi növlərinə görə fərqlənir. Bu fərqlənmədən irəli gələrək HHM vasitələri kimi zenit-raket komplekslərinin də təyinat üzrə müəyyən vəzifələri var. Tor-M2KM kiçik mənzilli qoşun zenit-raket kompleksidir. ZRK-nin məhvetmə məsafəsi 15 kilometrə qədərdir ki, bu da taktiki səviyyədə hərbi və digər obyektlərin hava zərbələrindən müdafiəsi üçün hazırlanıb. ZRK düşmənin PUA, aviasiya bombaları, təyyarə və helikopterlərinə qarşı effektiv mübarizə apara bilər. Mətbuatda və ya rəsmi məlumatlarda Tor-M2KM-in döyüş şəraitində tətbiqi barədə məlumatlar mövcud deyil və bu ZRK üçün vacib amildir. Bu ZRK-nı istismar edən mütəxəssislərlə söhbətlər zamanı həmin mütəxəssislər onun döyüş imkanlarını heç də yüksək qiymətləndirməyiblər.

Ona görə də Ermənistanın Tor-M2KM kompleksinə sahib olmasının onlara hər hansı bir üstünlük verdiyini iddia etməsi gülüncdür. Azərbaycan HHQ-nin həm təyyarələrində, həm də helikopterlərində bu ZRK-nın məhvetmə əhatəsinə daxil olmadan onu sıradan çıxara bilən aviasiya məhvetmə vasitələri mövcuddur. Yeri gəlmişkən qeyd edim ki, bu növdən olan silahların bir qismi 2018-ci ildə Bakıda keçirilən hərbi parad zamanı nümayiş etdirilib.

HHM ekspertlərinin fikrincə, bu günə qədər ən perspektivli və məhsuldar kiçik mənzilli ZRK Pantsir S1M döyüş imkanlarına görə Tor-M2KM-i xeyli üstələyən zenit-raket top kompleksidir.

“Sonda qeyd etmək istərdim ki, Ermənistanın 4 ədəd Su-30SM döyüş təyyarəsi və Tor-M2KM zenit-raket kompleksini alaraq silahlanmada hər hansı üstünlüyə malik olması barədə bəyanatı əsassızdır və daxili auditoriyaya hesablanıb. Məndə belə bir məntiqi sual yaranır ki, axı, nə üçün Ermənistan müasir yüksək texnoloji Su-35, Su-57 və “Pantsir S1M” silahlarını almadı. Cavab çox sadədir: Ermənistan istehsalçı-ölkəyə artıq lazım olmayan silahları əldə edib.

Fikirlərimi yekunlaşdıraraq demək istəyirəm ki, Ermənistanın bu silahları almasına baxmayaraq, Azərbaycan hərbi hava qüvvələri yenə də düşmən tərəfini ən azı üç-dörd dəfə üstələyir”, - deyə ehtiyatda olan polkovnik xüsusi vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək