Premyer Liqa: “Neftçi” “Səbail”i məğlub edərək ikinci pilləyə yüksəlib
Bakı, 15 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 23-cü dəqiqədə “Səbail”in müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.
"Ağ-qaralar"ın heyətində cəmi 3 dəqiqədən sonra Azər Salahlı fərqlənib. Matçın yekun nəticəsini isə 85-ci dəqiqədə Yeqor Boqomolski müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 40-a çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, III dövrənin son turunun digər qarşılaşmaları martın 16-17-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]