Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
“Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”, - deyə dövlətimizin başçısı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [17:28]
“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]