Prezidentin Mətbuat Xidmətinin məlumatı YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.
Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [16:43]
Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!
- 19.08.2026 [13:55]
“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO
- 19.08.2026 [12:51]
Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO
- 19.08.2026 [10:56]
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq YENİLƏNİB
- 19.08.2026 [09:50]
Çempionlar Liqası: "Sabah" bu gün İsrail klubu ilə qarşılaşacaq
- 19.08.2026 [08:25]
Bakıda hazırda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb
- 18.08.2026 [22:01]