QADİR HÜSEYNOV HƏLLEDİCİ GÖRÜŞDƏ RUSİYA ŞAHMATÇISI İLƏ QARŞILAŞACAQDIR
Bakı, 4 may (AZƏRTAC). Dubayda şeyx Məhəmməd bin Rəşid əl Məktumun Kuboku uğrunda şahmat üzrə açıq turnirdə 8 tur oynanılmışdır.
Son tur qarşısında rusiyalı Pavel Maletinlə görüşünü heç-heçə başa vuran Qadir Hüseynov nəticədə 6 xal yığaraq, birinciliyə iddialılar sırasındadır. Hazırda 3-cü pillədə qərarlaşan həmyerlimizi digər Rusiya nümayəndəsi, turnirin liderlərindən olan Dmitri Boçarovla həlledici görüş gözləyir.
Digər şahmatçılarımızdan Rəsul İbrahimov 5,5 xalla 16-cı, Eltac Səfərli isə 5 xalla 26-cı yerdədir.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 138 idmançı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]