Qanunsuz balıq ovlayanlar cəzalandırılıblar
Bakı, 1 may, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Şabran rayonu akvatoriyasında, Mingəçevir, Şəmkir su anbarlarında və digər daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Salyan rayon sakinləri İlqar Feyzullayev, Şükür Həsənov, Tofiq Eyvazov, Bəybala Bağıyev, Şabran rayon sakinləri Musa İsmayılov, Namiq Bağırov, Samux rayon sakinləri Eldəniz Həsənov, Arzu Əliyev, Ramin Əsgərov, Tovuz rayon sakini Emin Məmmədrzayev, Sabirabad rayon sakinləri Qurbanxan Abuşov, Müslüm Əliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Qeyd olunub ki, faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]