Qarabağ atları britaniyalıları heyran edir
London, 14 may, AZƏRTAC
Vindsor qəsrində İngiltərə Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən atçılıq tədbirləri növbəti mərhələ ilə davam edib. Azərbaycan bayrağının müşayiətilə yenidən meydana daxil olan qızılı rəngli atlarımız izləyənləri heyran edib. Əlli nəfərdən ibarət komandanın çıxışını aparıcı bu sözlərlə şərh edib: “Azərbaycanın Qarabağ atlarının bir az sonra təqdim edəcəyi şou əvvəllər bu meydanda heç vaxt görülməyib”.
Dörd dəqiqəlik möhtəşəm çıxışın son nömrəsi üç Qarabağ atı üzərində altı süvaridən ibarət piramidanın yaradılması və ən yüksəkdə duran çaparımızın başı üzərində üçrəngli bayrağımızın dalğalanmasıdır. Şounun proqramına uyğun olaraq Azərbaycan və Böyük Britaniya bayraqları ilə yanaşı, xüsusi hazırlanmış, üzərində “Happy Birthday!” (Ad günün mübarək) yazısı olan böyük bayraq da meydanın mərkəzində dalğalanıb. Komandamız bu şəkildə Kraliçaya ad günü təbrikini çatdırıb.
Tribunalarda on minlərlə insan Azərbaycanın incisi olan Qarabağ atlarının, onları idarə edən süvarilərimizin və Fikrət Əmirov adına mahnı və rəqs ansamblının canlı ifasını böyük maraqla izləyib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]