“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Bakı, 25 avqust, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “C” qrupunda çıxış edəcək “Qarabağ” mübarizəyə Londonda başlayacaq. Sentyabrın 12-də keçiriləcək ilk oyunda Ağdam təmsilçisinin rəqibi “Çelsi” olacaq.
Komandamız sentyabrın 27-də İtaliyanın “Roma”, oktyabrın 18-də isə İspaniyanın “Atletiko Madrid” klublarını qəbul edəcək. Oktyabrın 31-də Ağdam təmsilçisi “Atletiko Madrid”in qonağı olacaq. “Qarabağ”-“Çelsi” matçı noyabrın 22-də Bakıda keçiriləcək. “Qarabağ” qrup mərhələsində sonuncu oyununu səfərdə “Roma”ya qarşı keçirəcək.