“Qarabağ”-“Neftçi” oyununun biletləri satışa çıxarılıb
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan kubokunun finalının biletləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən hazırlanaraq, “Qarabağ” və “Neftçi” klublarına təhvil verilib.
PFL-dən AZƏRTAC-a bildiriblər ki, oyun zamanı 1-13-cü sektorlar “Qarabağ”, 16-28-ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarında olacaq. Biletlərin satışı klublar tərəfindən Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında təşkil ediləcək. Biletlərin qiyməti sektordan asılı olaraq, 1, 3, 5 və 30 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə mayın 25-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]